Polşa Almaniya qoşunlarının ölkəyə daxil olmasına icazə verdi

17:59 - 15 Yanvar 2024

Polşa Almaniya qoşunlarının ölkəyə daxil olmasına icazə verdi

Polşa öz ərazisində Almaniya qoşunlarının yerləşdirilməsinə razılıq verdi.

 

Manset.az xəbər verir ki, bu barədə respublikanın xarici işlər nazirinin müavini Anjey Şeyna deyib.

“Əgər almanlar Litvada olduğu kimi Polşada da NATO-nun şərq cinahını gücləndirmək istəyirlərsə, xoş gəlirlər”, - deyə Şeyna bildirib.

O əlavə edib ki, şərq sərhədindən kənarda hərbi əməliyyatlar apararkən müttəfiqlərlə hər hansı əməkdaşlıq müsbət qarşılanacaq.

Hazırda Polşada on minə yaxın ABŞ əsgərinin olduğu vurğulanıb.

Bundan əvvəl xəbər verilmişdi ki, Çexiyadan 100-ə yaxın döyüş helikopteri pilotu, texnik və logist Polşaya yollanıb. Təlimlərdən əlavə, onlar NATO-nun şərq cinahının gücləndirilməsində iştirak edəcəklər. Həmçinin qeyd olunub ki, Polşanın silah zavodları Ukraynaya tədarük fonunda istehsal gücünü maksimum dərəcədə artırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az