Türkiyədə artan qiymətlərlə bağlı tez-tez paylaşımlar edən Armağan Çağlayan bu dəfə dönərin qiymətlərini tənqid edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Çağlayan sosial media X hesabında getdiyi dönərçidəki menyunu paylaşıb.
Dönər restoranında 1000 TL-lik (56 AZN) hesab ödəyən Çağlayan, "Masaların üzərinə qiymət siyahısının qoyulması məcburi olanda adamın bütün iştahı kəsilir" deyib.
O, açıqlamasında “2 porsiya iskəndər dönəri, 2 sərinləşdirici içki 1000 tl! Bir daha getməyəcəyəm Davosa!” ifadələrini istifadə edib.
Əfsanə
Manşet.az