22 yaşlı Medison Marş 2024-cü ilin Miss Amerikası seçilib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, 2024-cü ilin Miss Amerikas ıseçilən Medison Marş ABŞ Hərbi Hava Qüvvələrində əsgər kimi xidmət edir.
Floridada keçirilən yarışmada Koloradonu təmsil edən Marş birinci seçildi və bu milli titulu alan ilk fəal hərbi hava qüvvələri zabiti olub.
Qeyd edək ki, Marşın seçilməsi, ölkədə böyük əks-səda yaradıb..
51 iştirakçının ABŞ-ın ən gözəl qadını olmaq üçün yarışdığı yarışmada Marşdan sonra ikinci olan şəxs Texas təmsilçisi Ellie Breaux olub.
Debat turu zamanı Marş Amerikadakı narkotik probleminə diqqət çəkib və anasının bu səbəbdən xərçəng xəstəliyinə tutulduğunu qeyd edib.
Bildirək ki, 2023-cü ildə Miss America titulunu Viskonsinli Qreys Stanke qazanıb.
Jalə
Manşet.az