Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvarın 18-19-da İtaliya və Vatikanda rəsmi səfərdə olacaq.
Manset.az-ın xəbərinə görə, bu barədə Akorda (Qazaxıstan Prezident Administrasiyası) məlumat yayıb.
Qazaxıstan liderinin İtaliya Prezidenti Sercio Mattarella və Baş nazir Corcia Meloni ilə danışıqlar aparması planlaşdırılır.
O, həmçinin potensial investorlarla - iri İtaliya şirkətlərinin rəhbərləri ilə görüşəcək.
Kasım-Jomart Tokayev yanvarın 19-da Vatikanda Roma Papası I Fransisk ilə görüşəcək.