Vulkan Böyük Britaniyanın şimal-qərbində ada ölkəsi olan İslandiyanın Reykjanes yarımadasında yerləşən Qrindavik şəhəri yaxınlığında püskürüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Atlantik okeanındakı ada ölkəsi İslandiyada vulkan püskürməsindən sonra qəsəbəyə çatan lava havadan görüntülənib.
Qeyd edək ki, dünyanın iki ən böyük tektonik plitəsi olan Avrasiya və Şimali Amerika tektonik plitələr arasında yerləşən İslandiyada 32 aktiv vulkan var.
Əfsanə
Manşet.az