Nigeriyada qayıq qəzası baş verib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Niger Dövlət Fövqəladə Hallar Agentliyinin sözçüsü İbrahim Audu bu gün ölkənin şimal-qərbindəki Borgu bölgəsindən Kebbi əyalətinə gedən qayığın Niger çayında batması nəticəsində 8 sərnişinin öldüyünü açıqlayıb.
Bu gün baş verən qəzada itkin düşən 100 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyini bildirən Audu, sıx olan qayığın güclü külək nəticəsində çevrildiyini bildirib.
Jalə
Manşet.az