Mağazalaran oğurluq edən məşhur deputat istefa verdi - Görün kimdir? (FOTO)

19:48 - 16 Yanvar 2024

Mağazalaran oğurluq edən məşhur deputat istefa verdi - Görün kimdir? (FOTO)

Yeni Zelandiyada Yaşıllar Partiyasından olan deputat Qolriz Qahraman Oklend və Vellinqton şəhərlərindəki mağazalardan üç dəfə oğurluq etməkdə ittiham olunur.


Manset.az xəbər verir ki, deputat Oklenddəki dəbdəbəli butikdən çanta oğurlaması ilə bağlı təhlükəsizlik kamerası görüntüləri ortaya çıxdıqdan sonra hərəkətlərinə görə məsuliyyəti öz üzərinə götürüb və istefa verib.

İranda anadan olan 42 yaşlı Qolriz Qahraman deyib: “Bu, izah edə biləcəyim bir davranış deyil, çünki bunun mənası yoxdur. Tibbi müayinədən sonra vəziyyətimin yaxşı olmadığını başa düşdüm. Psixi sağlamlıq mütəxəssisi dedi ki, mənim son davranışlarım həddindən artıq stressdən qaynaqlanır və əvvəllər tanınmamış travmalarla bağlıdır".

Polis dekabr ayında iddialarla bağlı istintaq başladıldığını açıqlasa da, istintaqda adı keçən şübhəlilərin kimliyi ilə bağlı açıqlama verməyib.

Ailəsi ilə birlikdə İrandan bu ölkəyə sığınan BMT-nin keçmiş İnsan Haqları üzrə vəkili Qolriz Qahraman 2017-ci ildə and içərək Yeni Zelandiya hökumətində vəzifəyə başlayan ilk qaçqın deputat olub.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az