III Çarlzın dövlət qurumlarında asılacaq portreti təqdim edildi

10:53 - 17 Yanvar 2024

III Çarlzın dövlət qurumlarında asılacaq portreti təqdim edildi

İngiltərə kralı III Çarlzın dövlət qurumlarında asılacaq portreti təqdim edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, dövlət qurumlarında III Çarlzın quru və hava ordularında marşala bərabər olan möhtəşəm admiral geyimində olan portreti asılacaq.

Yeni portretlə bağlı verilən açıqlamada kral və kraliçaların ölkə üçün simvolik əhəmiyyətə malik olduğu bildirilib.

Kral III Çarlzın portretinin müraciət edən bütün dövlət qurumlarına pulsuz göndəriləcəyi qeyd edilib.

Kral Çarlzın böyük admiral formasındakı yeni portretini kral fotoqrafı Hüqo Burnandın çəkdiyi bildirilib.

Qeyd edək ki, kral III Çarlz 2022-ci il sentyabrın 8-də anası II Yelizavetanın ölümündən sonra taxta çıxıb.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az