İran Ərbildən sonra Pakistanı vurdu: İki uşaq həyatını itirdi

11:13 - 17 Yanvar 2024

İran Ərbildən sonra Pakistanı vurdu: İki uşaq həyatını itirdi

İran Raskda İran polisinə hücuma görə məsuliyyət daşıyan “Ceyşul Ədl” təşkilatının Pakistandakı hədəflərinə hücum edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İran mətbuatında əksini tapan bu xəbərlərdən sonra Pakistan Xarici İşlər Nazirliyi rəsmi X hesabında açıqlama paylaşaraq hücumu pisləyib. Xarici İşlər Nazirliyi hadisədən sonra İranın Pakistandakı müvəqqəti işlər vəkilinin nazirliyə çağırıldığını qeyd edib. Açıqlamada “Pakistan ərazisi daxilində həyata keçirilən hücumun iki günahsız uşağın ölümünə səbəb olduğu” bildirilib. Paylaşımda hücumda 3 uşağın yaralandığı qeyd edilib. Söz mövzusu hücumun Pakistan və İran arasında mövcud rabitə kanallarına baxmayaraq baş verdiyinə diqqət çəkən Nazirlik, Pakistanın etirazının Tehrandakı İran Xarici İşlər Nazirliyinə də çatdırıldığı vurğulanıb.

Sözügedən hədəflərin dəqiq idarə olunan raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə vurulduğu bildirilib.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az