Sərnişin kabin işçisinin qolunu dişlədi - Təyyarə məcburi eniş etdi

11:49 - 17 Yanvar 2024

Sərnişin kabin işçisinin qolunu dişlədi - Təyyarə məcburi eniş etdi

Yaponiyada Tokiodan havaya qalxan təyyarə sərnişinin kabin heyəti üzvünün qolunu dişləməsindən sonra Tokioya geri qayıdıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Yaponiyanın All Nippon Airways (ANA) aviaşirkətinə məxsus Tokiodan Seattle-a uçan 118 saylı reysdə kabin xidmətçisinin qolunu dişləyən 55 yaşlı sərnişin hava limanına qayıdarkən saxlanılıb.

Sözügedən sərnişinin "kabin heyətinə zərər vermək" maddəsi ilə ittiham ediləcəyi bildirilib.

Bildirilib ki, ABŞ vətəndaşı sayılan şəxs polisin dindirilməsi zamanı təyyarədə yuxu dərmanı istifadə etdiyini və hadisəni xatırlamadığını iddia edib.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az