İraqın baş naziri Məhəmməd əl-Sudani İranın Ərbilə hücumu ilə bağlı açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, nazir ölkəyə raket hücumlarına cavab olaraq Bağdadın bu hücumlara cavab vermək hüququnun olduğu vurğalayıb.
Onun sözlərinə görə, İraq hökuməti öz suverenliyi çərçivəsində istənilən diplomatik və hüquqi addım atmaq hüququnu özündə saxlayır.
Baş nazir “İranın İraqın Kürdüstan bölgəsinin mərkəzi olan Ərbilə hücumu bu ölkəyə qarşı təcavüz, o cümlədən Tehran və Bağdad arasında möhkəm ikitərəfli münasibətləri zəiflədən təhlükəli hərəkətdir. Bu hücumlar cavabsız qalmamalıdır”, - deyə, əlavə edib.
Əfsanə
Manşet.az