ABŞ müdafiə naziri Ostinlə bağlı səs yazıları yayıldı

15:15 - 17 Yanvar 2024

ABŞ müdafiə naziri Ostinlə bağlı səs yazıları yayıldı

ABŞ-ın müdafiə naziri Lloyd Ostin yanvarın 1-də xəstələndiyi zaman təcili yardım çağırmaq üçün 911-ə edilən zənglərin səs yazıları yayılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, səs yazılarında müdafiə naziri üçün təcili yardım çağıran və adı qeyd olunmayan şəxsin "Təcili yardım işıqsız və sirensiz gələ bilərmi? Biz gözə batmaq istəmirik” ifadələrdən istifadə etdiyi görülüb.

Səsyazmada Ostinin "sinəsində ağrı olmadığı, ancaq huşunu itirəcək kimi hiss etdiyi" ifadə edilib.

Digər tərəfdən qeydin bəzi hissələrinin senzuraya məruz qaldığı bildirilib.

Qeyd edək ki, Müdafiə naziri Ostinin ABŞ-da xəstəxanaya yerləşdirilməsi ilə bağlı gec açıqlama ölkədə müzakirələrə səbəb olub. Pentaqonun ilk olaraq yanvarın 5-də verdiyi yazılı açıqlamada Ostinin yanvarın 1-də xəstəxanaya yerləşdirildiyi və vəziyyətinin yaxşı olduğu açıqlanıb. Sonradan məlum olub ki, prezident Co Bayden də daxil olmaqla yüksək vəzifəli şəxslər, həmçinin Pentaqon rəsmiləri və Konqres üzvləri Ostinin xəstəxanaya yerləşdirildiyini günlər sonra öyrəniblər.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az