"Yeşilçam"ın usta sənətçisi Cüneyt Arkının birinci həyat yoldaşından olan qızı Filiz Cüreklibatırın Arkının ikinci həyat yoldaşı Betül Cüreklibatır və iki qardaşına qarşı mirasdan əmlak gizlətdiklərini və oğurluq etdikləri iddiası ilə açılan məhkəmə işində aktyor Nuri Alço şahid qismində dinlənilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Alço ifadəsində "Cüneyt Arkının həyat yoldaşı və ya oğulları tərəfindən hər hansı təzyiqə məruz qaldığını eşitmədim. Cüneyt ölənə qədər psixi cəhətdən sağlam idi" deyib.
Məhkəmədən sonra mətbuata açıqlama verən Alço, "Cüneyt Arkın məsələsinə şahid kimi gəldik, qızı ilə bağlı bir mövzu var idi, orada şahid kimi çıxış etdik. Yeşilçamda və kinoda baş verənləri danışdıq. Hər şey çox yaxşı keçdi, heç bir problem yoxdur”, deyə qeyd edib.
Əfsanə
Manşet.az