Rusiyada güclü partlayış: yaralıların sayı...

18:44 - 17 Yanvar 2024

Rusiyada güclü partlayış: yaralıların sayı...

Rusiyanın Rostov rayonundakı Şahti şəhərində poliester fabrikində partlayış hadisəsi  baş verib.

 

Bu barədə  Manşet.az Rusiya mediasına istinadən xəbər verir.

Qeyd edilib ki, partlayışdan sonra fabrikdə yanğın hadisəsi olub.

58 personal və Rusiya Fövqəladə Hallar Nazirliyinə üzv olan 17 yanğınsöndürən hadisə yerinə sövq edilib.

Zavodda çalışan çox sayda işçi yanğından xilas edilib.

Nazirlik tərəfindən bildirilib ki, 2 saat ərzindəyanğını söndürülüb. 

Qeyd edilib ki, partlayış zamanı 9 işçi yaralanıb, onlardan 3-nün vəziyyəti ağırdı.

Rusiya İstintaq Komitəsi hadisə ilə əlaqədar istintaq başlatdı, fabrikdə neçə işçinin olduğu barədə məlumat verilməyib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az