Uels şahzadəsi Keyt Middleton təcili əməliyyat olundu

19:40 - 17 Yanvar 2024

Uels şahzadəsi Keyt Middleton təcili əməliyyat olundu

Uels şahzadəsi Keyt Middleton təcili əməliyyat olunub.

 

Manset.az xəbər verir ki, o, qarnındakı kəskin ağrılar şikayəti ilə xəstəxanaya yerləşdirilib.

Kensinqton Sarayından verilə rəsmi açıqlamaya görə,  o, Marylebone  London klinikasına yerləşdirilib.

Middleton ən azı 2 həftə xəstəxanada qalacaq. Xəstəxanadan çıxdıqdan  sonra ailəsinin təklifi ilə Berksordakı Windsor'da evinə qayıdacaq.

Dailymail-də gedən xəbərə görə,  Keyt Middleton, Pasxa Günü qədər təşkil edilən heç bir tədbirdə iştirak etməyəcək.

Şahzadə William, yoldaşını dəstəkləmək üçün görüşlərini təxirə salacaq və həyat yoldaşı xəstəxanada olarkən rəsmi vəzifələri yerinə yetirməyəcək. Şahzadə Keyt evinə qayıdaba qədər rəsmi mövqeyi olmayacaq.

Nə şahzadə Villiyam, nə də  Keyt önümüzdəki aylarda səyahətə çıxa bilməyəcək. Kral sarayından isə şahzadənin sağlıq durumu haqqında tez-tez iictimaiyyətə məlumat veriləcək.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az