Türkiyədə 1970-ci illərdə “Bayan Bacak” ləqəbi ilə məşhurlaşan keçmiş model, aktrisa və müğənni Serpil Örümcer maliyyə çətinliyi səbəbindən illər əvvəl çəkdirdiyi fotolarını 200 TL-yə satışa çıxarıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, çətin vəziyyətdə olduğunu deyən sənətçi İnstaqram hesabında yayımladığı videoda fotolarını yardım məqsədilə satdığını bildirib.
Örümcer açıqlamasında "Xeyriyyə məqsədi ilə bu rəsmləri 200 TL-yə satıram. İşığımı, suyumu, qaz pulumu təmin etmək istəyirəm. Mənə kömək etsəniz, imzalı adınızla sizə göndərmək istərdim. Çox sağ olun, Allah sizdən razı olsun” ifadələrini qeyd edib.
Əfsanə
Manşet.az