Ukraynanın müdafiə naziri Rustem Umerov təhlükəsizlik səbəbindən Fransaya səfərini təxirə salıb.
Manset.az xəbər verir ki, Umerovun səfəri yanvarın 18-nə planlaşdırılıb. Səfər zamanı Ukrayna Müdafiə Nazirliyinin rəhbəri fransalı həmkarı Sebastyan Lekornu ilə görüşməli, Paris və Vaşinqtonun rəhbərlik etdiyi “artilleriya koalisiyasının” yaradılması üzrə danışıqlarda iştirak etməli idi.