ABŞ-ın bəzi ştatlarında yanvarın 12-dən bəri davam edən sərt qış şəraiti səbəbindən 6 gündə 40 nəfər həyatını itirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 3 ştatda 95 minə yaxın insan işıqsız qalıb, 1090 reys ləğv edilib.
Soyuq hava Tennessi, Nyu-York, Arkanzas, Kanzas, Oreqon və Missisipi ştatlarında ciddi problemlər yaradıb.
Ölkə mətbuatının təqdim etdiyi görüntülər kino səhnələrini xatırladıb.
Meteoroloji xidmətlər, Kanada sərhədindəki Nyu-Yorkun Buffalo şəhəri ətrafına 75 santimetrdən çox qar yağdığını, nəqliyyat vasitələri ilə gediş-gəlişi demək olar ki, qeyri-mümkün etdiyini və qarla qarışan küləyin sürətinin bəzi yerlərdə saatda 65 kilometrə çatacağını bildirib.
Əfsanə
Manşet.az