Pakistanda iranyönümlü terrorçular saxlanıldılar - FOTO

15:18 - 18 Yanvar 2024

Pakistanda iranyönümlü terrorçular saxlanıldılar - FOTO

Pakistanın Kəşfiyyat Xidməti ölkənin Ravalpindi, İslamabad və Mandi Bəhaəddin şəhərlərində İrana bağlı 4 terrorçunun həbs edildiyini bildirib.

 

Manset.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxslər Pakistan Sünni Alimlər Şurasının baş katibinin müavini Məsud Əbdülrəhman Osmaninin qətlində günahlandırılırlar.

İslamabad Polis İdarəsindən bildirilib ki, həbs olunanlar İranın dəstəklədiyi Pakistanın İmamiyyə Tələbələr Təşkilatının üzvləri olublar.

Qeyd olunur ki, Məsud Əbdülrəhman Osmani yanvarın 5-də İslamabad şəhərində iki motosikletçi tərəfindən güllələnərək öldürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az