“Rusiya İranla Pakistanı maksimum dərəcədə təmkinli olmağa çağırır”.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Moskva tərəfləri yaranmış məsələləri yalnız siyasi-diplomatik yolla həll etməyə çağırıb: “Rusiya ümid edir ki, İran və Pakistan yaranmış fikir ayrılıqlarını tezliklə ənənəvi mehriban qonşuluq ruhunda həll etmək üçün yol tapacaqlar”.