Fransa Senatı dünən tamamilə əsassız və mənasız anti-Azərbaycan qətnamə qəbul etdi və eyni zamanda beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirdi.
Manset.az xəbər verir ki, Trend-in cümə axşamı verdiyi məlumata görə, Senatın dünənki iclasında çəkilmiş kadrlarda Ermənistanın səfiri Asmik Tolmacyan, həmçinin separatçıların "daimi nümayəndəsi" Ovannes Gevorkyanı görə bilərsiniz. Bu, Fransa tərəfindən Azərbaycanın ərazi bütövlüyünə açıq-aşkar hörmətsizlikdir.
Üstəlik, bu, reallıqda nə Fransanın, nə də Ermənistanın Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasında maraqlı olmadığını göstərən daha bir nümunədir.