Kosmosa yollanan türk astronavtının ilk işi və dediyi sözləri viral oldu - VİDEO

10:20 - 19 Yanvar 2024

Kosmosa yollanan türk astronavtının ilk işi və dediyi sözləri viral oldu - VİDEO

Türkiyənin ilk kosmik səyahətçisi Alper Gezeravcının kosmosa gedən kimi ilk etdiyi hərəkət və dediyi sözlər gündəm olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, SpaceX-in kosmik gəmisi ilə orbitə yollanan Gezeravcı kosmosa gedən kimi əlindəki qələmi çevirərək cazibə qüvvəsi təcrübəsini həyata keçirib. Həmin anlar kosmik gəminin kamerasına əks olunub.

Həmçinin, ilk türk astronavtı kosmosa ilk səyahətinə Mustafa Kamal Atatürkün sözləri ilə başlayıb. Kosmosa səyahətin gözəl hiss olduğunu və Türkiyədə əməyi keçənlərə təşəkkür edən Gezeravcının kosmosda ilk sözləri “Gələcək göylərdədir” olub:

“Türkiyənin ilk insanlı kosmos missiyası üçün ilk türkün kosmosa addım atdığı bu məqamda bu anı Böyük Atamızın sözləri ilə başlamaq istərdim: Türkiyə Cümhuriyyətimizin qurucusu Mustafa Kamal Atatürkün dahiyanə sözü, “Gələcək göylərdədir”.

SpaceX, Ax-3 komandasının ilk hiss və düşüncələrini sosial media X hesabında canlı yayımlayıb.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az