ABŞ-da 14 yaşlı qızın təyyarənin tualetində kamera tapması ilə ortaya çıxan qalmaqalda yeni bir təfərrüatlar ortaya çıxıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, kameranı tualetə yerləşdirən stüardessa Virciniya ştatında həbs edilib və prokurorlar tərəfindən uşaqlara cinsi istismara cəhd və uşaq pornoqrafiyası saxlamaqda ittiham olunub.
Sentyabrda üzə çıxan qalmaqaldan sonra 37 yaşlı stüardessa Karter Tompson da işdən çıxarılıb.
Qeyd edək ki, American Airlines-a məxsus təyyarə Şarlottadan Bostona uçurmuş.
Əfsanə
Manşet.az