Şimali Koreyada iki uşaq 12 il ağır iş cəzasına məhkum edildi - Bu səbəbdən - FOTO

13:44 - 19 Yanvar 2024

Şimali Koreyada iki uşaq 12 il ağır iş cəzasına məhkum edildi - Bu səbəbdən - FOTO

Koreya Xalq Demokratik Respublikasında (KXDR) 16 yaşlı iki yeniyetmə Cənubi Koreya seriallarına baxdıqlarına görə 12 il ağır əmək cəzasına məhkum edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 2022-ci ildə çəkildiyi düşünülən məhkəmə görüntülərini BBC öz saytında yerləşdirib.

Videonun səs yazıları olmasa da 16 yaşlı iki gəncin açıq hava stadionunda yüzlərlə tələbənin gözü qarşısında qollarının qandallandığı görülüb.

BBC videoda aşağıdakı ifadələrin olduğunu iddia edib:

“Çürük kukla rejimin (Cənubi Koreya) mədəniyyəti hətta gənclərə də yayılıb” və “Onların hələ 16 yaşı var, amma öz gələcəklərini məhv ediblər”.

Həmçinin, sözügedən görüntülərin KXDR vətəndaşlarını ideoloji cəhətdən maarifləndirmək üçün istifadə edildiyi iddia olunub.

Qeyd edək ki, KXDR-də Cənubi Koreya seriallarına və musiqilərinə giriş qadağası var.

Buna baxmayaraq, bəzi KXDR vətəndaşları böyük qlobal tamaşaçı kütləsi olan K-dramalara daxil olmaq üçün ciddi cərimələrlə üzləşirlər.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az