2 Avropa ölkəsi hərəkətə keçdi - 50 min türk deportasiya ediləcək

14:11 - 19 Yanvar 2024

2 Avropa ölkəsi hərəkətə keçdi - 50 min türk deportasiya ediləcək

Almaniya və İngiltərə qeyri-qanuni olan və sığınacaq hüququ olmayan türklər üçün öz qərarını verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qərara uyğun olaraq İngiltərə qeyri-qanuni türkləri Ruandaya göndərəcək.

Almaniya parlamenti isə “sürətli deportasiya” qanununu qəbul edib və ilk mərhələdə təxminən 50 min türk deportasiya ediləcək.

Türklər yüzdə 87 nisbəti ilə sığınacaq müraciətləri ən çox rədd edilənlər siyahısındadır və iki ölkədən deportasiya gözləyənlərin ümumi sayı 60 mini keçib.

Almaniyanın Ruanda və ya Şərqi Avropa düşərgələri isə Aİ ilə əldə olunan razılaşmaya uyğun olaraq 2026-cı ildə yaradılacaq.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az