Hindistanda müəllim və tələbələri daşıyan qayıq batdı: 14 nəfər öldü

15:59 - 19 Yanvar 2024

Hindistanda müəllim və tələbələri daşıyan qayıq batdı: 14 nəfər öldü

Hindistanın qərbindəki Qucarat əyalətində ötən gün tələbə və müəllimləri daşıyan kiçik qayığın batması nəticəsində baş verən qəzada 14 nəfər həyatını itirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, istintaq başlanan qəza ilə bağlı Hindistanın baş naziri Narendra Modi sosial media platformasında paylaşım edib.

Hindistanın baş naziri batan qayıqda həyatını itirənlərlə bağlı açıqlama verərək, səlahiyyətlilərin yardım etdiyini bildirib.

Modi həmçinin bəyan edib ki, hakimiyyət qəzadan zərər çəkənlərə hər cür yardım göstərir.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az