İsrailin blokadada olan Qəzzaya hücumlarında ölənlərin sayı son 24 saatda 142 nəfər artaraq 24 min 762-yə çatıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra məlumat verib.
105 gündür davam edən hücumlarda dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğunu, lakin tibbi qrupların və mülki müdafiə işçilərinin cəsədlərə çata bilməyəcəyini vurğulayıb.
Əfsanə
Manşet.az