Yanvarın 12-dən bəri ABŞ-da qar fırtınası və qütb soyuqluğu səbəbindən həyatını itirənlərin sayı 43-ə yüksəlib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, davamlı qar yağması və soyuq hava səbəbiylə hər saniyə donma riskinin artdığı ABŞ-da yüzlərlə aviareys təxirə salınıb, minlərlə ev və iş yeri işıqsız qalıb.
Ölkədən çəkilən görüntülərdə küçəyə çıxan çox sayda insanın saçının donduğu və Koloradoda tövlədəki atların buzla örtüldüyü görünüb.
Əfsanə
Manşet.az