Putin buzlu su çuxuruna girdi - dini ayini icra etdi

18:11 - 19 Yanvar 2024

Putin buzlu su çuxuruna girdi - dini ayini icra etdi

Rusiya Prezidenti Vladimir Putin yanvarın 18-dən 19-na keçən gecə dini aynində - Vəftiz mərasimində iştirak edib.

 

Manset.az-ın məlumatına görə, bu barədə Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, Vəftiz xristianlıqda ən müqəddəs ayinlərdən biri sayılır. Vəftiz tamamilə suya batırılma deməkdir .

Vladimir Putin Moskva vilayətindəki çimərlikdə buzlu su çuxuruna batmaqla dini ayini icra edib.

Yanvarın 19-da bütün dünyada pravoslav xristianlar əsas xristian bayramlarından birini – Vəftizi qeyd edirlər. Ənənəvi olaraq, yanvarın 19-na keçən gecə Vəftiz hamamında suya batma icra olunur.

Kreml ilk dəfə Putinin 2018-ci ildə buzlu su çuxura düşdüyünü bildirmişdi.

Peskovun sözlərinə görə, Prezident əvvəllər də bu ənənəyə əməl edib, lakin bunu ictimailəşdirməyib, sakit mühitdə həyatda keçirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az