İran və Pakistan XİN başçıları bölgədəki son gərginliyi müzakirə ediblər

18:48 - 19 Yanvar 2024

İran və Pakistan XİN başçıları bölgədəki son gərginliyi müzakirə ediblər

Pakistan Xarici İşlər Naziri Cilani iranlı həmkarı Abdullahiyan ilə telefon danışığı aparıb.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə  Pakistan Xarici İşlər Nazirliyinin X hesabında məlumat yayıb.

Bildirilir ki, telefon danışığı zamanı iki ölkə arasında təhlükəsizlik məsələlər və daha sıx əməkdaşlığın vacibliyi vurğulanıb.

Qeyd edək ki, İranın yarı rəsmi Təsnim Xəbər Agentliyi yanvarın 16-da Ceyşul Ədl təşkilatının Pakistandakı düşərgələrinin raketlər və pilotsuz uçuş aparatları ilə hədəf alındığını açıqlayıb.

Pakistan Xarici İşlər Nazirliyi İranın yanvarın 16-da sərhəddə yerləşən Bəlucistan əyalətinin Pəncqur bölgəsinə hava hücumu təşkil etdiyini, 2 uşağın öldüyünü, 3 qızın isə yaralandığını açıqlayıb.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az