Davosa səfəri zamanı Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə gələn İsrail prezidenti İsaak Hersoq barəsində cinayət işi açılıb.
Manset.az Bern Today qəzetinə istinadən xəbər verir ki, cinayət şikayətləri Bern kanton polisi vasitəsilə İsveçrə Federal Prokurorluğuna göndərilib.
Qeyd olunub ki, Bern, Cenevrə və Sürix kantonlarında Hersoqla bağlı çoxsaylı fərdi cinayət şikayətləri edilib.
Prokurorluq cinayət şikayətlərinə artıq normal prosedura uyğun olaraq baxılacağını bildirsə də, Hersoqun toxunulmazlığı ilə bağlı vəziyyəti araşdırmaq üçün Xarici İşlər Nazirliyi ilə əlaqə saxladıqlarını açıqlayıb.
Hersoqun toxunulmazlığı ilə bağlı qərarı İsveçrə Xarici İşlər Nazirliyi verəcək.
İttihamların konkret nədən ibarət olması ilə bağlı suala prokurorluqdan cavab verilməyib.
Jalə
Manşet.az