Xaçaturyan Quterreşlə regiondakı vəziyyəti müzakirə etdi

08:03 - 20 Yanvar 2024

Xaçaturyan Quterreşlə regiondakı vəziyyəti müzakirə etdi

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan BMT-nin Baş katibi Antonio Quterreşlə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib. 

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı Xaçaturyanın Mətbuat xidməti yayıb. 

Görüş Davosda Dünya İqtisadi Forumu çərçivəsində baş tutub. Bildirilir ki, qısa təmas zamanı Ermənistan Prezidenti regiondakı vəziyyətlə bağlı Quterreşi məlumatlandırıb. 

Xaçaturyan forum zamanı Argentina Prezidenti Xavyer Miley və ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüş keçirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az