İraqda 9 terrorçu zərərsizləşdirildi

19:12 - 20 Yanvar 2024

İraqda 9 terrorçu zərərsizləşdirildi

İraqın şimalında PKK-nın 9 terrorçusu zərərsizləşdirilib.

 

Manset.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X" səhifəsində məlumat yayıb.

Əməliyyat İraqın şimalındakı Qara bölgəsində havadan hücum vasitəsilə həyata keçirilib.

"Bölgədəki son terrorçu zərərsizləşdirilənə qədər əməliyyatlarımız davam edəcək", - nazirliyin açıqlamasında deyilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az