Yaponiyanın ən nüfuzlu ədəbi mükafatının qalibi roman yazarkən ChatGPT-dən istifadə etdiyini etiraf edib.
Manset.az xəbər verir ki, Rie Kudan "Tokio Qülləsi" romanına görə "Akutaqava" mükafatını alıb.
Onun sözlərinə görə, əsərdəki cümlələrin təxminən 5%-i "chatbot" tərəfindən yazılıb və sonra dəyişdirilməyib.
Müəllif yaradıcılığını daha da inkişaf etdirmək üçün gələcəkdə də süni intellekt texnologiyalarından istifadə etmək arzusunda olduğunu bildirib.