ABŞ-də soyuq hava səbəbindən 61 nəfər öldü

23:32 - 20 Yanvar 2024

ABŞ-də soyuq hava səbəbindən 61 nəfər öldü

ABŞ-də bir həftədə Arktika soyuqları səbəbindən 61 nəfər ölüb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə NBC televiziyası məlumat yayıb.

Ölüm hallarının əksəriyyəti Tennessi və Oreqon ştatlarında qeydə alınıb.

Daha əvvəl 47 ölüm faktı təsdiqlənmişdi.

Yanvarın 12-dən ABŞ-nin bir çox hissəsində sərt şaxtalı hava və qar yağışı höküm sürür.

Mərkəzi bölgələrdə temperatur mənfi 34,4 dərəcə olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az