İsrail "Hizbullah"ın mövqelərinə zərbələr endirdi

21:36 - 21 Yanvar 2024

İsrail \"Hizbullah\"ın mövqelərinə zərbələr endirdi

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın cənubunda şiə "Hizbullah" partiyasının silahlı qüvvələrinin mövqelərinə hücum edib.

 

Manset.az  “Lebanon 24” xəbər portalına istinadən xəbər verir ki, zərbələr İsrailin şimal bölgələrini atəşə tutan Markaba, Tallus və Şeyxin kəndlərinin yaxınlığındakı atəş nöqtələrinə endirilib.

Məlumata görə, evlərdən birinə iki raket atılıb və nəticədə ev tamamilə dağılıb. Xilasedicilər və təcili yardım maşınları partlayış yerinə yollanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az