2005-2014-cü illər arasında yayımlanan məşhur serial “How I Met Your Mother”in subay baş qəhrəmanı amerikalı aktyor Coş Radnor 49 yaşında ailə həyatı qurub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, toyundan şəkilləri paylaşan aktyor həyat yoldaşı haqqında bunları deyib.
Coş Radnor açıqlamasında "Yüngül qar fırtınasının ortasında... İnanılmaz dərəcədə qarlı və xoşbəxtlik dolu bir həftə sonu idi. Bu qeyri-adi qadına həyat yoldaşım demənin nə qədər böyük bir şans olduğuna inana bilmirəm” deyib.
Qeyd edək ki, Coş Radnor sözügedən serialda 9 sezon evlənə bilməyən Ted Mosbi ob razını canlandırıb.
Əfsanə
Manşet.az