Batumidə yaşayış binasının dağıntıları arasında daha 1 nəfərin meyiti tapılıb.
Manşet.az “Report”a istinadən xəbər verir ki, o, dağıntılar altında axtarılan sonuncu şəxs olub.
Bununla da hadisə nəticəsində ölənlərin sayı 9-a çatıb. Onların 3-ü uşaqdır.
Dağıntılar altından sağ çıxarılan bir nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, dünən şəhərinin 26 may küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında çökmə baş vermişdi.