Pakistanda 127 milyon qeydiyyatdan keçmiş seçici bu gün 76 illik tarixində 12-ci dəfə ümumi seçkilər üçün sandıq başına gedir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, seçki günü gərgin keçərkən ölkədə mobil telefon və mobil internet xidmətləri dayandırılıb.
Daxili İşlər Nazirliyinin sosial media hesabından edilən açıqlamada, davam edən ümumi seçkilər zamanı “asayişin qorunması” məqsədilə ölkə ərazisində mobil telefon və mobil internet xidmətlərinin müvəqqəti dayandırıldığı təsdiqlənib.
Bəyanatda son hücumlarda günahsız insanların həyatını itirdiyi, təhlükəsizlik tədbirlərinin ictimai asayişin qorunması və potensial təhdidlərlə mübarizə üçün vacib olduğu qeyd edilib.
Əfsanə Rəcəb
Manşet.az