Məşhur aktyor 1 ildə 45 kilo arıqladı - FOTO

15:29 - 08 Fevral 2024

Məşhur aktyor 1 ildə 45 kilo arıqladı - FOTO

“Güldür Güldür” Şousunda çıxış edən aktyor Rüştü Onur Atilla mədə kiçiltmə əməliyyatı ilə 1 ildə 45 kilo arıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, aktyor son görüşünə aid fotonu İnstaqram hesabında paylaşıb.

Pəhrizini dəyişərək idmanla məşğul olduğunu bildirən aktyor bir ildə yaşadıqlarını bu ifadələrlə təsvir edib:

"365 gün, 45 kilo. "Necə oldu" deyə soruşanlar və cavab vermədiyim üçün əsəbləşənlər oldu. Əməliyyat olunduğumdan tam 1 il keçdi. Bunu dərhal paylaşmağı düzgün görmədim. Çəki problemi olanlar, arıqlamaq istəyib arıqlaya bilməyənlər üçün ümid bağlamağın nə demək olduğunu bilirəm. Ancaq bu, ən müasir texnologiyaya malik bir əməliyyat olsa da, tanınmış bir adamın təsirinə düşərək tez ediləcək əməliyyat olmamalıdır. Mən heç kimin məsuliyyətini öz üzərimə götürmək istəmirəm. Biz bunun həyat üçün təhlükəli olduğunu bilirik”.

Qeyd edək ki, Rüştü Onur Atilla, “Kavak Yelleri”, “Şen Yuva”, “Dedemin Fişi”, “Cici Babam” kimi layihələrdə iştirak edib.

Əfsanə Rəcəb

Manşet.az

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az