ABŞ-ın Miçiqan ştatında 4 orta məktəb şagirdini qətlə yetirən İtan Kramblinin (17) anası qətliamın qarşısını ala bilmədiyi üçün günahkar bilinib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ana Cennifer (45) və ata James Krambli (47) haqqında qəsdən adam öldürmə ittihamı ilə iddia qaldırılıb.
Crambley cütlüyü ABŞ-da uşağının kütləvi qətlinə görə məhkum olunan ilk valideyn olub. Onu 60 ilə qədər həbs gözləyir. Ata Ceyms Krambli gələn ay məhkəmə qarşısına çıxmalıdır.
Beləki, Kramblinin valideynləri oğluna 9 mm çaplı SIG Sauer tapançasını hədiyyə etməkdə, övladının psixi sağlamlıq problemlərindən əziyyət çəkdiyinə dair xəbərdarlıqlara məhəl qoymamaqda və təhlükəsizlik tədbirlərinə əməl etməməkdə günahlandırılıb.
İtan Krambli 2021-ci ildə Oksford Liseyində planlaşdırılan qətliam törədib və ömürlük həbs cəzasına məhkum edilib.
Əfsanə Rəcəb
Manşet.az