İsrailin və Fələstin münaqişəsindən sonra dünyanın müxtəlif ölkələrində İsrailə dəstək verən şirkətlərə qarşı boykot çağırışları artıb və boykotların təsiri beynəlxalq şirkətlərin balanslarında əks olunmağa başlayıb.
Manset.az-ın xarici mediaya istiadən məlumatına görə, boykotlar Yaxın Şərqdə satışlara təsir göstərdiyindən, “McDonald”s gəliri bazar gözləntilərinin altında qalıb.
ABŞ qəhvə şəbəkəsi “Starbucks”ın Yaxın Şərq və ABŞ-dakı mağazalarında müştəri axını yavaşlayıb və satışlar zəifləyib. “Domino's Pizza”nın Asiyada, xüsusilə Malayziyada satışları azalıb və “KFC”, “Pizza Hut “və “Taco Bell” restoranlarının sahibi “Yum!” Brendlərinin gəlirləri keçən ilin son rübündə gözləntilərin altında olub.
Əfsanə
Manşet.az