Tunis sahillərində bir qayığın batdığı və 13 nəfərin həyatını itirdiyi açıqlanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Tunisin Sfaks şəhərindən yola çıxan qayığın batması nəticəsində 27 nəfərin itkin düşdüyü bildirilib.
Tunis rəsmisi həmçinin bildirib ki, qayıqda hamısı sudanlı olan 42 nəfər olub və iki nəfər xilas edilib.
Ötən ilin martında miqrant qayıqlarının sayının artdığı Tunisin Sfaks sahillərində dörd gündə 5 qayıq batıb. Bu qayıqlarda olan mühacirlərdən 67-si yoxa çıxsa da, 9-nun cəsədi tapılıb.
Əfsanə Rəcəb
Manşet.az