Türkiyədə Ankara-İstanbul avtomobil yolunda iki avtomobilin üz-üzə toqquşması nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ağır yaralanan Hasan Ulus, Mehmet Özsoy, Mithat Ertürk və Ahmet Maydanı edilən müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
Digər iki sərnişin Nuh Mayda və Sabri İşığın müalicəsinin davam etdiyi öyrənilib.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Əfsanə Rəcəb
Manşet.az