Rusiya prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovu II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Bu barədə Manset.az xarici KİV-ə istinadən məlumat verir.
Qeyd edək ki, Kadırovun artıq Rusiya Federasiyası Qəhrəmanı, Çeçenistan, LPR və DXR Qəhrəmanı, “Sankt-Peterburqun 300 illiyi xatirəsinə” və “Cinayət-hüquq sisteminin möhkəmləndirilməsinə görə” medalları, habelə bir sıra digər mükafatları var.
Jalə
Manşet.az