ABŞ İsrailin Baş naziri Benyamin Netanyahunun müharibəyə son qoymaq təklifini rədd edəndən bir gün sonra Qəzza əhalisinin yarıdan çoxunun yaşadığı Rəfah şəhərini bombalamasına reaksiya verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ağ Ev, "Bu, dəstəkləyəcəyimiz bir şey deyil" deyib.
"Bu insanlara qarşı hərbi əməliyyat fəlakət olardı və bizim dəstəkləyəcəyimiz bir şey deyil", - Ağ Evin bəyanatında deyilir.
Qeyd edək ki, hücumdan sonra BMT İsrailə xəbərdarlıq edib.
Əfsanə Rəcəb
Manşet.az