Baydenə qarşı "gizli sənəd" istintaqında yeni faktlar: “Yaddaşında zəiflik var”

13:18 - 09 Fevral 2024

Baydenə qarşı \"gizli sənəd\" istintaqında yeni faktlar: “Yaddaşında zəiflik var”

Keçən il ABŞ prezidenti Co Baydenin evində və ofisində tapılan məxfi sənədlərlə bağlı təhqiqatda yeni faktların üstü açılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, xüsusi səlahiyyətli prokuror Robert Hur tərəfindən hazırlanan 345 səhifəlik hesabat Ağ Evin heç bir redaktə tələb etməyəcəyini açıqlamasından sonra ictimaiyyətə açıqlanıb.

Hesabatda Baydenin istintaqa mövzu olan sənədləri qəsdən gizlətdiyi müəyyən olunub.

Lakin sənədlərin təfərrüatlarını tam xatırlamayan Baydenə qarşı heç bir ittihamın irəli sürülməyəcəyi bildirilib.

Hesabatda Baydenin məxfi sənədlərdən düzgün istifadə etmədiyinə görə məhkum edilməsinin çətin olacağı qeyd edilib və “Çünki cənab Bayden özünü münsiflər heyətinə simpatik, yaxşı niyyətli, yaddaşı zəif olan qoca kimi təqdim edəcək" deyilib. Baydenin daha sonra mühakimə olunma ehtimalına "Münsiflər heyətini 80 yaşına yaxınlaşan keçmiş prezidenti qəsdən psixi vəziyyət tələb edən ağır bir cinayətdə məhkum etmələri lazım olduğuna inandırmaq çətin olacaq" deyə ifadə edilib.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az