Bayden yaddaşının yaxşı olduğunu iddia etdi: “Meksika prezidenti Sisi!”

16:16 - 09 Fevral 2024

Bayden yaddaşının yaxşı olduğunu iddia etdi: “Meksika prezidenti Sisi!”

ABŞ prezidenti Co Bayden xüsusi prokuror Robert Hurun onun haqqında hazırladığı hesabatdan sonra yaxşı yaddaşa sahib olduğunu iddia etdiyi çıxışında Misir və Meksikanı qarışdırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Qəzzaya humanitar yardımın çatdırılmasında oynadığı rolu vurğulamaq üçün bölgə liderləri ilə təmaslarını gündəmə gətirən Bayden Qəzza ilə həmsərhəd olan Misir əvəzinə ABŞ-la həmsərhəd olan Meksikanın adını çəkib.

Bayden, “Bildiyiniz kimi, Meksika prezidenti Sisi əvvəlcə humanitar yardımların gəlməsi üçün qapını açmaq istəmədi. Onunla danışdım, razı saldım” deyib.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az