ABŞ prezidenti Co Bayden xüsusi prokuror Robert Hurun onun haqqında hazırladığı hesabatdan sonra yaxşı yaddaşa sahib olduğunu iddia etdiyi çıxışında Misir və Meksikanı qarışdırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Qəzzaya humanitar yardımın çatdırılmasında oynadığı rolu vurğulamaq üçün bölgə liderləri ilə təmaslarını gündəmə gətirən Bayden Qəzza ilə həmsərhəd olan Misir əvəzinə ABŞ-la həmsərhəd olan Meksikanın adını çəkib.
Bayden, “Bildiyiniz kimi, Meksika prezidenti Sisi əvvəlcə humanitar yardımların gəlməsi üçün qapını açmaq istəmədi. Onunla danışdım, razı saldım” deyib.
Əfsanə Rəcəb
Manşet.az