İspaniyada 48 yaşlı Silvia Lopez Qayyubas adlı bir qadın övladlığa götürdüyü iki rus uşaq tərəfindən öldürülüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, uşaqlar qətli adam oğurluğu kimi göstərməyə çalışıblar. Beləki, qadın avtomobilində başına torba ilə ölü tapılıb.
Polisin araşdırması nəticəsində onun 13 və 15 yaşlı övladlığa götürülmüş iki oğlan tərəfindən öldürüldüyü məlum olub.
15 yaşlı böyük uşaq həbs edilib, 13 yaşlı kiçik uşaq isə nəzarətə götürülüb.
Qadının boğazında ağır bıçaq xəsarətləri aşkarlanıb.
Polis qətlin hansı səbəbdən törədildiyi hələ də araşdırılır.
Əfsanə Rəcəb
Manşet.az